Naxçıvanda avtobus qəzasında 3 qadın  yaralandı
17 yanvar 2026 16:16 (UTC +04:00)

Naxçıvanda avtobus qəzasında 3 qadın yaralandı

0

Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Xətai məhəlləsində baş verib.

"KİA" markalı avtomobillə 9 nömrəli şəhərdaxili marşrut xətti üzrə hərəkət edən avtobus toqquşub.

Hadisə nəticəsində Naxçıvan şəhər sakinləri 39 yaşlı Abdullayeva Təhminə Qəhraman qızı, 39 yaşlı Qafarova Lamiyə Rüfət qızı və 45 yaşlı Vəliyeva Vəfa Hüseyn qızı xəsarət alıblar.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 212

Oxşar yazılar