Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev küçəsində qeydə alınıb.
Belə ki, “Nissan” və “Kia” markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər xəsarət alıb.
Yaralı Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Ceyhun Məmmədov