Yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb.
Bu barədə Lent.az-az Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
***
Naxçıvanda yanacaqdoldurma məntəqəsində baş verən yanğın nəticəsində 3 nəfər zəhərlənib.
Lent.az xəbər verir ki, zəhərlənənlərə ilkin tibbi yardım göstərilib
***
18:57
Naxçıvanda yanacaqdoldurma məntəqəsində yanğın başlayıb.
Lent.az APA-ya istinadla xəvər verir ki, yanğın yanacaqdoldurma məntəqəsinin ambarında baş verib.
Hadisə yerinə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin, Naxçıvam Şəhər Polis İdarəsinin və Təcili Tibbi Yardım xidmətinin əməkdaşları cəlb olunub.
