Naxçıvanın keçmiş  milli təhlükəsizlik naziri   AZADLIQDA
27 sentyabr 2022 22:44 (UTC +04:00)

Naxçıvanın keçmiş milli təhlükəsizlik naziri AZADLIQDA

Naxçıvan Muxtar Respublikasının keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərovun barəsində kassasiya şikayətinə baxılıb.

Lent.az xəbər verir ki, bu barədə APA-ya onun vəkili Vüqar Xasayev məlumat verib.

Vəkil bildirib ki, Ali Məhkəmə Vəli Ələsgərovun cəzası 7 il 2 ay 10 gün azaldılıb və üzərində qəti olaraq 6 il 9 ay 20 günə cəza saxlanılıb.

Məhkəmə həmin cəzanı çəkən Vəli Əsgərovun dərhal azadlığa buraxılması ilə bağlı qərar qəbul edib.

Vəkil qeyd edib ki, Vəli Əsgərov hazırda Naxçıvanda cəzaçəkmə müəssisəsində olsa da hələ ki müvəkkili azadlığa buraxılmayıb.

Xatırladaq ki, V.Əsgərov Cinayət Məcəlləsinin 179.3.2-ci - mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə, 308.1-ci - vəzifə səlahiyyətlərindən sui-istifadə və 309.1-ci vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham olunub. Bir neçə gün əvvəl isə bu maddələrlə yanaşı, V.Əsgərova telefon danışıqlarını qanunsuz dinləməyə görə CM-in 302.2 - əməliyyat-axtarış fəaliyyəti haqda qanunvericiliyi pozma maddəsi ilə də ittiham elan edilib.

2016-cı ildə Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vəli Əsgərov 14 il azadlıqdan məhrum edilib. Naxçıvan Ali Məhkəməsi onum apellyasiya şikayətini təmin etməyib.

Qeyd edək ki, ilk olaraq bu xəbəri "unikal.org" saytı yayıb.

# 3669
avatar

Oxşar yazılar

Qohumlarının şantaj etdiyi qadın özünü körpüdən atmaq istədi

Qohumlarının şantaj etdiyi qadın özünü körpüdən atmaq istədi

9 dekabr 2022 , 09:56
21 yaşlı qız hamamda boğulub öldü

21 yaşlı qız hamamda boğulub öldü

9 dekabr 2022 , 09:20
Göygöldə dəm qazı  ölümə səbəb oldu

Göygöldə dəm qazı ölümə səbəb oldu

9 dekabr 2022 , 08:37
Qazaxda minik maşını aşdı, ölənlər var  - FOTO

Qazaxda minik maşını aşdı, ölənlər var - FOTO

9 dekabr 2022 , 08:17
Bakıda  DSX -nin zabiti   döyüldü

Bakıda DSX -nin zabiti döyüldü

9 dekabr 2022 , 02:43
Sumqayıtda qadın  qazdan zəhərlənib öldü

Sumqayıtda qadın qazdan zəhərlənib öldü

9 dekabr 2022 , 00:32
Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

8 dekabr 2022 , 22:04
Bayramda qonaq çox içdiyi üçün  öldürüb zirzəmiyə atdılar

Bayramda qonaq çox içdiyi üçün öldürüb zirzəmiyə atdılar

8 dekabr 2022 , 19:53