Bakıda evdə partlayış:  xəsarət alan var - VİDEO  - YENİLƏNİB
09 oktyabr 2025 09:43 (UTC +04:00)

Bakıda evdə partlayış: xəsarət alan var - VİDEO - YENİLƏNİB

1

Ötən gün saat 23 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nəsimi rayonunda partlayış baş verməsi səbəbilə çağırış daxil olub.

Bu barədə Lent.az-a TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub.

"Təcili tibbi yardım briqadası tərəfindən 1 qadına ilkin tibbi yardım göstərilib, hər iki əlin və üzün termiki yanığı diaqnozu ilə Yanıq Mərkəzinə hospitalizasiya olunub", - məlumatda vurğulanıb.

***
08:19

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.

Lent.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı vətəndaşa məxsus fərdi yaşayış evinin mətbəxində, ilkin ehtimala görə qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub.

Partlayış dalğasının təsirindən evə ziyan dəyib, bir nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

***

00:29

Bakı şəhəri Nərimanov rayonunda fərdi yaşayış evində partlayış olub.

Lent.az xəbər verir ki, hadisə Ceyhun Hacıbəyli küçəsində qeydə alınıb.

İlkin məlumata görə, partlayış qaz sızmasından olub. Əraziyə FHN qüvvələri və təcili tibbi yardım briqadaları cəlb edilib.

Hadisə zamanı bir nəfər xəsarət alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 1434

Oxşar yazılar