İlham Əliyev Putinlə Tacikistanda görüşəcək
08 oktyabr 2025 21:25 (UTC +04:00)

İlham Əliyev Putinlə Tacikistanda görüşəcək

0

Rusiya Prezidenti Vladimir Putin Tacikistana səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.

Lent.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Qeyd edək ki, Putinin oktyabrın 8-dən 10-dək Tacikistana üç günlük səfəri başlayıb.

Rusiya liderinin Düşənbədəki qrafikinə dövlət səfəri çərçivəsində tədbirlər, həmçinin Mərkəzi Asiya-Rusiya ikinci Sammitində və MDB Dövlət Başçıları Şurasının iclasında iştirak daxildir.

Kremldən verilən məlumata görə, dövlət səfəri çərçivəsində Putin Tacikistan Prezidenti Rəhmon və Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar aparacaq.

Peskov Putin-Əliyev danışıqlarının cümə axşamı, oktyabrın 9-da baş tutacağını və Rusiya ilə Azərbaycan arasında münasibətlərin danışıqların gündəmində olacağını qeyd edib. Kremlin sözçüsü görüşün iki liderin bütün aktual məsələləri müzakirə etmək niyyətini nümayiş etdirdiyini vurğulayaraq, Rusiya tərəfinin müsbət əhval-ruhiyyədə olduğunu bildirib.

Tacikistan tərəfi ilə bir sıra mühüm sənədlər imzalanacaq, o cümlədən sərhəd təhlükəsizliyinin gücləndirilməsi, terrorizm və ekstremizmə qarşı mübarizə üzrə əməkdaşlıq proqramları, 2030-cu ilə qədər hərbi əməkdaşlıq konsepsiyası qəbul ediləcək.

Bundan başqa, “MDB Plus” formatının yaradılması və Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi statusunun verilməsi ilə bağlı qərarların təsdiq edilməsi də nəzərdə tutulur. (APA)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 292

Oxşar yazılar