Masallıda ŞOK OLAY:  kafedəki hesaba görə  dostunu bıçaqladı
08 oktyabr 2025 17:39 (UTC +04:00)

Masallıda ŞOK OLAY: kafedəki hesaba görə dostunu bıçaqladı

0

Masallıda gənc oğlan sinif yoldaşını bıçaqlayıb.

Lent.az-ın məlumatına görə, hadisə Qəriblər kəndi ərazisində qeydə alınıb.

28 yaşlı Fuad Malikov (ad və soyad şərtidir) kafedə sinif yoldaşı Həzi (ad şərtidir) ilə oturub və öz cibindəki pula uyğun sifariş verib, Həzi də pivə və tum istəyib. Hesab gələndə isə pulları çatmadığı üçün dostlar arasında dava düşüb. Dava zamanı Fuad bıçaqla və yumruqla Həziyə müxtəlif xəsarətlər yetirib.

Hadisə ilə əlaqədar Fuad barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddəsilə cinayət işi açılıb.

Masallı rayon məhkəməsində hakim Elşən Hüseynovun sədrliyi ilə keçirilən iclasda Fuad Malikov barəsində 1500 manat məbləğində cərimə cəzası təyin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 540

Oxşar yazılar