Ordubad-Culfa magistral yolunda qəza baş verib, sürücü ölüb.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Culfa rayonu, Camaldın kəndində qeydə alınıb.
Qəza zamanı Culfa şəhər sakini G. Nəcəfovanın idarə etdiyi “KIA” markalı avtomobillə Babək rayonu, Vayxır kənd sakini Məmmədov Rəhim Eldar oğlunun idarə etdiyi DAF markalı yük avtomobili ilə toqquşub.
Qəza nəticəsində G. Nəcəfova hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.


