Parka getmək adı ilə evdən çıxan 15 yaşlı qız İTKİN DÜŞDÜ
23 iyun 2022 09:49 (UTC +04:00)

Parka getmək adı ilə evdən çıxan 15 yaşlı qız İTKİN DÜŞDÜ

Bakıda yeniyetmə qız itkin düşüb.

Lent.az-ın məlumatına görə, 15 yaşlı Bayramova Xanım Səbuhi qızı iyunun 16-ı saat 11 radələrində "Dədə Qorqud" parkına getmək adı ilə yaşadığı Nərimanov rayonu Bakıxanov küçəsindəki evdən çıxıb. Bundan sonra onunla əlaqə kəsilib.

Bu barədə onun anası N. Bayramova Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə müraciətində bildirib.

Daxil olan müraciətlə bağlı araşdırmalara başlanılıb.

# 2148
avatar

Mehman Nəbiyev

Oxşar yazılar