Xırdalan parkında atraksiondan yıxılan qadın öldü
10 iyun 2023 12:08 (UTC +04:00)

Xırdalan parkında atraksiondan yıxılan qadın öldü

Abşeronda parkda faciə baş verib.

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a bildirilib ki, hadisə iyunun 8-i Abşeron rayonu, Xırdalan şəhərində yerləşən parklardan birində qeydə alınıb. 36 yaşlı Minayə Nuriyeva atraksiondan yıxılaraq xəsarət alıb.

O, aldığı xəsarətlərdən müalicə aldığı xəstəxanada ölüb.

Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.

# 4197
avatar

Oxşar yazılar