Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində təhsil alan bir qrup qız tələbənin şəkilləri sosial şəbəkələrdə icazəsiz paylaşılıb.
Lent.az xəbər verir ki, iki gündür bu məsələ sosial şəbəkələrin gündəmini zəbt edib.
Bildirilir ki, naməlum şəxs tələbələrin “TikTok” profillərindən götürülmüş fotoları montaj edərək saxta profillərdə yayımlayıb. Zərərçəkənlər məsələ ilə bağlı polisə müraciət ediblər. Lakin həmin şəxs hələlik tapılmayıb.
İddialara görə, naməlum şəxs görüntülərin silinməsi müqabilində tələbələrdən pul tələb edir.
Daxili İşlər Nazirliyindən Lent.az-a bildirilib ki, bununla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.