"Mən bu barmaqlıqlar arxasında tək olmalı idim" - Zahir Soltanov sevgilisini belə müdafiə etdi
26 fevral 2026 12:22 (UTC +04:00)

"Mən bu barmaqlıqlar arxasında tək olmalı idim" - Zahir Soltanov sevgilisini belə müdafiə etdi

0

Bakı Ağır Cinayətlər Məhkəməsində Zahir Soltanovun Cinayət Məcəlləsinin 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) və Leyla Abbasovanın 32.5,120.2.9-cu (köməksiz vəziyyətdə olan adamın qəsdən öldürülməsində iştirak etmə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Lent.az xəbər verir ki, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən məhkəmə iş üzrə dindirilən şahidlərin ilkin istintaq zamanı verdiyi ifadələri elan edib. 

Təqsirləndirilən Zahir Soltanov Leyla Abbasovanın günahsız olduğunu deyib:

"Mənim üzrxahlığım ondan ibarətdir ki, mən bu barmaqlıq arxasında tək olmalı idim. Leylanın bu işdə heç bir günahı yoxdur, o, indi körpələrinin yanında olmalı idi. Şikayət tək məndən olmalı idi, gedib cəzamı çəkərdim, Leyladan niyə şikayət etdilər? Üç uşağın anasız, başsız qalmasına görə özümü heç vaxt bağışlamayacam. Çünki, bu işdə günahsız olanlar da günahkar çıxdılar. Bu işdə tək günahkar mənəm".

Növbəti  proses 12 mart saat 10:00-a təyin edilib.

Xatırladaq ki, 2025-ci il avqustun 9-da DİN 29 yaşlı İkram Piriyevin Zabrat qəsəbəsində yaşadığı evdə qətlə yetirilməsi ilə bağlı məlumat yayıb. Zahir Soltanov və Leyla Abbasova 15-ci polis şöbəsinin əməkdaşları tərəfindən şübəhli şəxs qismində saxlanılıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 468

Oxşar yazılar