Ancelotti Neymarla bağlı qərar verdi
25 fevral 2026 21:50 (UTC +04:00)

Ancelotti Neymarla bağlı qərar verdi

0

Braziliya milli komandasının baş məşqçisi Karlo Ancelotti ulduz futbolçu Neymarı mart ayında Fransa və Xorvatiya yığmalarına qarşı baş tutacaq yoldaşlıq görüşlərinə çağırmamağı məqsədəuyğun sayıb.

Lent.az ESPN nəşrinə istinadən xəbər verir ki, italyan mütəxəssis diqqəti futbolçuların fiziki hazırlığına yönəldir və hücumçunun ağır zədədən sonra bərpa prosesinin tədricən yekunlaşmasını planlaşdırır.

"Santos"un şərəfini qoruyan Neymar dizindəki zədə səbəbindən mövsümün əhəmiyyətli hissəsindən kənarda qalıb və ilkin olaraq fevral ayında tədricən meydanlara qayıdacağı proqnozlaşdırılırdı, lakin təcrübəli məşqçi onun yoldaşlıq görüşlərində iştirakını vacib hesab etmir. Ulduz oyunçunun fiziki və texniki göstəriciləri təhlil edildikdən sonra, Neymarın 2026-cı il Dünya Çempionatına aparılıb-aparılmayacağı ilə bağlı yekun qərarın may ayında verilməsi nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 255

Oxşar yazılar