Biləsuvarda gənc oğlan bıçaqlandı, iş yoldaşları tutuldu
26 fevral 2026 11:44 (UTC +04:00)

Biləsuvarda gənc oğlan bıçaqlandı, iş yoldaşları tutuldu

0

Biləsuvarda gənclər arasında yaranan mübahisə bıcaqlanma ilə nəticələnib.

Lent.az APA-ya istinadla bildirir ki, hadisə rayonun Bəydili kəndində baş verib.

Cəbrayıl rayon sakini 22 yaşlı Fərid Həziyevin iş yoldaşları tərəfindən bıçaqlandığı bildirilir. Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılan F. Həziyev əməliyyat olunub, reanimasiyaya yerləşdirilib.

Əməli törətmək şübhəli bilinən 35 yaşlı Tural Əmirxanov və 26 yaşlı Əli Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Məlumata görə, adı çəkilən şəxslər rayonda Günəş elektrik stansiyasının tikintisində çalışırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 236

Oxşar yazılar