Polis bölməsinə BASQIN:  inspektor saxlanıldı
04 iyun 2025 15:52 (UTC +04:00)

Polis bölməsinə BASQIN: inspektor saxlanıldı

Rusiyanın Yekaterinburq şəhərində Daxili İşlər Nazirliyi və Federal Təhlükəsizlik Xidmətinin xüsusi əməliyyatdan sonra 14 saylı polis bölməsinin inspektoru İvanov A.-nı qanunsuz miqrasiyanın təşkilinə görə saxlayıb.

Lent.az-ın yerli mediaya istinadla məlumatına görə, Sverdlovsk vilayəti məhkəmələrinin birgə mətbuat xidməti xəbər verir ki, ona qarşı üç maddə ilə ittiham irəli sürülüb və həbs edilib.

Məhkəmədə müstəntiqin vəsatəti təmin edilib, vəzifəli şəxs barəsində iyulun 25-dək həbs qətimkan tədbiri seçilib. İvanov Cinayət Məcəlləsinin 322.1-ci maddəsinin 3-cü hissəsi (qanunsuz miqrasiyanın təşkili), 286-cı maddəsinin 3-cü hissəsinin “e” bəndi (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 322.3-cü (qondarma qeydiyyat) ilə ittiham olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 25580

Oxşar yazılar