Polis idarəsinin binasına görə polkovnikə cinayət işi açıldı
21 may 2025 10:42 (UTC +04:00)

Polis idarəsinin binasına görə polkovnikə cinayət işi açıldı

Buryatiya Daxili İşlər Nazirliyinin arxa xidmətinin baş zabitinə qarşı cinayət işi açılıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, o, Kabanskda polis idarəsinin tikintisi zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.

Müstəntiqlər hesab edirlər ki, maddi-texniki təminat rəhbəri iki il əvvəl Kabanskda polis idarəsinin binasının tikintisi zamanı qanunu pozub. Həmin vaxt podratçı tələb olunan sayda işçi qüvvəsi olmadığından işləri vaxtında başa çatdıra bilməyib.

Yüksək rütbəli polis zabiti öz mütəxəssisləri olan iş adamını gətirməklə bu problemi həll edib. Amma məlum olub ki, bu işçilər qanunsuz miqrantlardır. 

Polis polkovniki onların Rusiyadakı qanunsuz mövcudluğunu ört-basdır edəcəyinə söz verib. İstintaq davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 804

Oxşar yazılar