Polis şənbə-bazar günləri 107 nəfəri həbs edib
23 fevral 2026 10:17 (UTC +04:00)

Polis şənbə-bazar günləri 107 nəfəri həbs edib

0

Azərbaycanda istirahət günləri qeydə alınan cinayətlərin statistikası açıqlanıb. 

DİN-in Mətbuat Xidmətindən Lent.az-a verilən məlumata görə, fevralın 21-də və 22-də ölkə ərazisində qeydə alınan 116 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. 

Axtarışda olduğuna görə ümumilikdə 78, o cümlədən borclu şəxs qismində axtarışda olan 42 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 49, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 53 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 107 nəfər saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 224

Oxşar yazılar