Polisi güllələyən yeniyetmə ilə bağlı YENİ DETALLAR  – Atası şokda
08 sentyabr 2025 14:47 (UTC +04:00)

Polisi güllələyən yeniyetmə ilə bağlı YENİ DETALLAR – Atası şokda

3

Türkiyədə polisləri güllələyən yeniyetmə E.B.-nin barəsində yeni məlumatlar ortaya çıxıb.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, yeniyetmə Balçova Nevvar Salih İşgören Liseyində oxuyurmuş.

Məlumata görə, o ailənin yeganə övladıdır. Ailə isə uzun illərdir eyni yerdə yaşayır atası da bir xəstəxanada tibb işçisi olaraq çalışırmış.

Hadisə baş verən məhəllədə yaşayan Ahmet Babacan baş verənlər barədə bunları danışıb: “Səhər silah səslərini eşitdim. Sonra bir qonşumun polis idarəsinə hücum var deyə qışqırdığını eşitdim. Eyvana çıxanda qarşı qonşum dedi ki, hücum edən sizin balkonun altındadır. Onu göstərən qonşuma da atəş açdı. Gənc yaralı idi. Küçənin sonuna doğru qaçmağa başladı. Biz də silahı görüb aşağıya endik. Ardınca gələn bir polis vardı. Polisimiz də vuruldu. Bir mülki polis daha gəldi. Gələn polisimiz də atəş açmağa başladı. Qarşılıqlı atışma baş verdi. Biz arxa tərəfdən gəncin yerini polisə göstərdik. Bu zaman oğlan bizə tərəf səs bombası atdı. Əlində tüfəng vardı. Tüfəngin ya gülləsi qurtardığı, ya da vurulduğu üçün yerdə hərəkətsiz qaldı və çantasından bir şeylər çıxarmağa çalışırdı. O anda da üstünə düşdük, yaxaladıq. Polislərə təhvil verdik. Hücumçunun atasını tanıyırıq, 15 ildir burada yaşayan təmiz bir insandır. Hətta atasının xəbəri yox idi. Atasını oyatdıq. Onun xəbəri belə yox idi. Maşına gətirib görəndə atası çaşdı, donub qaldı. Pompalı tüfəng atasının qeydiyyatlı silahıymış. Təxminən 40-50 güllə vardı. Bıçağı da vardı. Maska taxmışdı.”

Yeniyetmənin ailəsi

Hadisə ilə bağlı jurnalistlərə açıqlama verən İzmir valisi Süleyman Elban, Balçova Salih İşgören Balçova Polis Mərkəzinə 16 yaşlı, liseyin 3-cü sinif şagirdinin pompalı tüfənglə hücum etdiyini, növbətçi polis əməkdaşının ilk atəş zamanı şəhid olduğunu bildirdi. Polis mərkəzinin yerləşdiyi binada yaşayan bir polis başmüfəttişinin də atışma zamanı şəhid olduğunu ifadə edən Elban deyib:

“Bir polis əməkdaşımız, bir polis başmüfəttişimiz atışma zamanı şəhid oldu. 2 polis əməkdaşımız xəstəxanada müalicə altındadır. Bura sıxlıq olan küçədir. Bu atışmada bir vətəndaşımız da əlindən yüngül yaralanıb. Hücumçu yaralı vəziyyətdə ələ keçirildi. Alsancak Dövlət Xəstəxanasında müalicəsi davam edir. Hadisəni hərtərəfli araşdırırıq. Hadisəni törədən şübhəli 16 yaşındadır. Bu küçədə yaşayan biridir və indiyədək heç bir cinayət qeydi və ya hər hansı səbəbdən saxlanılma, ifadəvermə halı olmayıb.”

Jurnalistlərin “Hücumçu polisə gəlib şikayətçi olub, ailədaxili zorakılıq məsələsi ilə bağlı, belə bir məlumat varmı?” sualına Elban belə cavab verdi:

“Xeyr. Hər hansı bir şikayət, hər hansı cinayət qeydi, əvvəllər bir saxlanılma və ya ifadəvermə halı yoxdur.”

Elban, hücumçunun hadisə zamanı atasının 10 il əvvəl aldığı tüfəngdən istifadə etdiyini bildirdi.

 

***

13:07

 

İzmirdə silahlı hücum nəticəsində yaralanan polislərin sayı artıb.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, yaralananların sayının 6 olduğu məlum olub.

***

11:00

Lent.az xarici mediaya istinadla xəbər verir ki, hücum nəticəsində iki polis şəhid olub, bir polis isə yaralanıb.

Yaralı polisin vəziyyətinin ağır olduğu qeyd olunur.

Hücumun 16 yaşlı uşaq tərəfindən edildiyi bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
3
# 3476

Oxşar yazılar