Evdəki 7 əşya tez-tez dəyişdirilməsə,  orqanizminizə zərər verə  bilər
08 sentyabr 2025 17:37 (UTC +04:00)

Evdəki 7 əşya tez-tez dəyişdirilməsə, orqanizminizə zərər verə bilər

0

Bir çox gündəlik istifadə etdiyimiz əşyalar bakteriya, toz və toksinləri yığa bilər. Ev mühitini adətən təmiz və təhlükəsiz hesab edirik, amma bəzi gündəlik əşyalar gözə görünmədən mikrobları və zərərli maddələri toplayır.

Lent.az-ın xarici mətbuata istinadla xəbərinə görə, özünüzə və yaxınlarınıza zərər verməmək üçün hansı əşyaların mütəmadi olaraq dəyişdirilməli və ya xüsusi qulluq tələb etdiyini bilmək vacibdir.

1. Diş fırçası

Amerika Stomatoloji Assosiasiyası bildirir ki, diş fırçasının tükcükləri zahirən uzun müddət normal görünə bilər, amma təmizləmə effektivliyi azalır. Fırçanı 3-4 aydan bir və ya tükcüklər formasını itirəndə dəyişmək tövsiyə olunur.

Vannanın nəm mühiti bakteriya və göbələk çoxalmasına səbəb olur, buna görə də diş fırçasını hər istifadədən sonra yaxşıca yumaq və quru yerdə saxlamaq lazımdır.

2. Dəsmallar

Amerika Təmizlik İnstitutunun mütəxəssislərinə görə, hamam dəsmalları hər istifadədən sonra qurudulmalı və 3-5 istifadədən sonra yuyulmalıdır. Əl dəsmalları isə hər 1-2 gündən bir dəyişdirilməlidir.

Daimi nəm mühit bakteriyaların çoxalması üçün əlverişli şərait yaradır. Çirkli dəsmallardan istifadə akne, dəri qıcıqlanması və göbələk infeksiyalarına səbəb ola bilər. Əgər dəsmaldan xoşagəlməz qoxu gəlirsə və ya kif izi görünürsə, dərhal yuyulmalıdır.

3. Mətbəx süngərləri

Evdə ən çirkli əşyalardan biridir. Onlarda milyonlarla bakteriya toplanır, o cümlədən təhlükəli bağırsaq çöpləri və salmonella. 2021-ci ildə “Research Gate”də dərc olunmuş araşdırmaya görə, çiy ərzaqla təmasda olmuş süngərləri dəyişmək və ya dezinfeksiya etmək lazımdır (məsələn, qaynatmaq və ya xlorla yumaq). Köhnə süngərlərdən istifadə qida zəhərlənməsi riskini artırır.

4. Su butulkaları

Çoxdəfəlik butulkalar ekoloji baxımdan faydalıdır, amma düzgün qulluq edilməsə, bakteriya və kif mənbəyinə çevrilir. Xüsusilə plastik modellər və dar boğazlı qablar risklidir.

Onları gündəlik ilıq su və sabunla yumaq, plastik butulkaları isə 6-12 aydan bir dəyişmək lazımdır. Zamanla divarlarında bioplyonka əmələ gəlir ki, bu da həzm problemlərinə səbəb ola bilər.

5. Ülgüclər

Kütləşmiş ülgüc bıçaqları həm effektiv deyil, həm də dəri qıcıqlanması və mikrozədələnmə riskini artırır. Ülgücü nəm vannada saxlamaq bakteriyaların çoxalmasına şərait yaradır.

Mütəxəssislər bıçaqları 5 istifadədən sonra dəyişməyi tövsiyə edir (saçın sərtliyindən asılı olaraq). Köhnə ülgüclər follikulit və dəri infeksiyası riskini artırır.

6. Yastıqlar

Sleep Foundation-un məlumatına görə, yastıqları 1-2 ildən bir dəyişmək tövsiyə olunur. Bu, allergenlərin yığılmasının qarşısını almağa və baş-boyunun düzgün vəziyyətdə qalmasına kömək edir.

Dəyişdirməyə ehtiyac siqnalları: elastikliyini itirməsi, xoşagəlməz qoxu, saralma, allergiyanın artması və ya yuxuda narahatlıq.

7. Saç darağı

Saç daraqları tez bir zamanda toz, saç, dəri yağı və ukladka vasitələrinin qalıqlarını toplayır. Təhlükəsiz qalması üçün ən azı həftədə bir dəfə təmizlənməli, 6-12 aydan bir isə

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 632

Oxşar yazılar