Baş prokuror Sinqapurda işgüzar səfərdədir
08 sentyabr 2025 14:15 (UTC +04:00)

Baş prokuror Sinqapurda işgüzar səfərdədir

0

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti Beynəlxalq Prokurorlar Assosiasiyasının 30-cu  illik konfransı və ümumi yığıncağında iştirak etmək məqsədilə Sinqapura işgüzar səfərə gedib (2025 08-09 sentyabr).

Lent.az xəbər verir ki, tədbir çərçivəsində hüquq-mühafizə orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi o cümlədən süni intellektdən istifadə imkanları,  prokurorluq orqanları arasında kiber cinayətkarlıqla mübarizə üsulları, əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi, yeni çağırışlara uyğun birgə təşəbbüslərin həyata keçirilməsi və bu kimi aktual məsələlərin müzakirəsi nəzərdə tutulur.

Keçirilən tədbirlərdə  ölkəmizin İndoneziya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ramil Rzayev iştirak edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 308

Oxşar yazılar