Bütün uşaqların sevdiyi yemək ciddi xəstəliklərə  səbəb ola bilər - XƏBƏRDARLIQ
08 sentyabr 2025 11:51 (UTC +04:00)

Bütün uşaqların sevdiyi yemək ciddi xəstəliklərə səbəb ola bilər - XƏBƏRDARLIQ

0

Kartof fri həm uşaqlar, həm də böyüklər üçün çox təhlükəli yemək hesab olunur.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, onun müntəzəm qəbulu 2-ci tip şəkərli diabetin inkişaf ehtimalını əhəmiyyətli dərəcədə artırır.

Kartof frinin digər bişirmə üsullarından fərqi

Alimlər 200 mindən çox insanın iştirak etdiyi genişmiqyaslı araşdırmaların nəticələrini təhlil ediblər və maraqlı fərqlər aşkar ediblər:

Həftədə 3 porsiya kartof fri yeyənlərdə 2-ci tip diabet riski 20 faiz artır.

Müqayisə üçün: eyni miqdarda qaynadılmış, sobada bişirilmiş və ya püresi hazırlanmış kartof yemək riski cəmi 5 faiz artırır.

Deməli, təhlükə kartofun özündə deyil, məhz onun bişirilmə üsulundadır. Ən yüksək risk isə həftədə 5 və daha çox porsiya fri yeyənlərdə müşahidə olunub – belə insanlarda diabet ehtimalı 27 faiz çoxalıb.

Niyə kartof fri təhlükəlidir

Qlikemik indeks. Kartof tez həzm olunan nişasta ilə zəngindir, bu isə qanda şəkərin və insulin səviyyəsinin sürətlə qalxmasına səbəb olur. Nəticədə mədəaltı vəz yüklənir və insulinə qarşı müqavimət insulinrezistentlik inkişaf edir.

Qızartma prosesi. Fritürdə bişirilən kartof yalnız yüksək qlikemik indeksini saxlamır, həm də yağ, duz və yüksək temperaturda yaranan zərərli birləşmələri özünə hopdurur.

Maraqlıdır ki, hətta həftədə 7 və daha çox dəfə qaynadılmış və ya sobada bişirilmiş kartof yemək diabet riskini 1 faiz azaldır. Bu da göstərir ki, problem kartofda deyil, onun yağda qızardılmış formasındadır.

Kartof frinin alternativləri

Alimlər həmçinin hansı qidaların friyə əvəz ola biləcəyini də araşdırıblar:

Fri əvəzinə 3 porsiya tam taxıllı məhsul yemək diabet riskini 19 faiz azaldır. Qeyri-nişastalı tərəvəzlərlə əvəzləmək riski 17 faiz azaldır. Ağ düyü uğurlu alternativ sayılmır o da 2-ci tip diabet riskini artırır. Qəhvəyi düyü isə gözlənildiyi kimi ciddi fayda göstərməyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 516

Oxşar yazılar