"Prius" "KamAZ"a çırpıldı, üç nəfər...
09 sentyabr 2023 03:47 (UTC +04:00)

"Prius" "KamAZ"a çırpıldı, üç nəfər...

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, qəza Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, idarəetməni itirən "Toyota Prius" markalı minik avtomobili  "KamAZ" markalı qoşqulu yük maşınına arxadan çırpılıb.

Hadisədə minik avtomobilində olan üç nəfər xəsarət alıb.

Qəzada minik avtomobili yararsız vəziyyətə düşüb.

Əraziyə DYP əməkdaşları cəlb.

Qəza səbəbindən prospektdə uzun tıxac yaranıb.

Hadisənin təfərrüatı araşdırılır.

Elşən Yəhyayev

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3270

Oxşar yazılar