Qadın qohumunun evindən  külli miqdarda qızıl   oğurladı
14 fevral 2022 19:43 (UTC +04:00)

Qadın qohumunun evindən külli miqdarda qızıl oğurladı

Fevralın 8-dən 12-dək olan müddətdə Mingəçevir şəhərindəki evlərin birindən 20.min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Mingəçevir şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən ev sahibinin qohumu, Qazax rayon sakini N.Binnətova saxlanılıb.

Araşdırma aparılır.

# 1566
avatar

Mehman Nəbiyev

Oxşar yazılar