Qadınları aldadıb Türkiyəyə aparan HƏBS EDİLDİ 
18 may 2022 19:18 (UTC +04:00)

Qadınları aldadıb Türkiyəyə aparan HƏBS EDİLDİ 

Qadınları cinsi istismara məruz qoyan şəxs məhkum edilib. 

DİN-dən Lent.az-a verilən məlumata görə, nazirliyin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşı olan qadınların etibarından sui-istifadə edərək, Türkiyədə yüksək gəlirli işlə təmin edəcəyi vədi ilə aldadaraq Antalya şəhərinə aparıb orada cinsi istismara məruz qoymaqda şübhəli bilinən Qənimə Ədilova tutulub.   

Faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq yekunlaşaraq materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 
 
Məhkəmənin hökmünə əsasən, Q.Ədilova Cinayət Məcəlləsinin 144-1-ci maddəsi ilə (İnsan alveri) təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilib.
 

# 3618
avatar

Oxşar yazılar