Qanunsuz siqaret alverçiləri HƏBS EDİLDİ
29 noyabr 2023 11:44 (UTC +04:00)

Qanunsuz siqaret alverçiləri HƏBS EDİLDİ

Tütün məmulatlarının qanunsuz dövriyyəsi barədə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Dövlət Gömrük Komitəsi tərəfindən birgə aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində Baş İdarədə cinayət işi başlanıb.

Baş Prokurorluq və Dövlət Gömrük Komitəsinin mətbuat xidmətlərindən Lent.az-a daxil olan birgə məlumata görə, əməliyyat-istintaq tədbirləri ilə qabaqcadan əlbir olan Salyan rayon sakini Fəxrəddin Ağamalıyev və Biləsuvar rayon sakini Ülvi Əmirlinin ümumilikdə 39 adda və 61 mindən çox qutudan ibarət tütün məmulatlarını aksiz markası ilə markalanmadan qanunsuz yolla əldə edib satış məqsədilə yaşayış ünvanlarında saxlamalarına əsaslı şübhələr müəyyən edilib.

Həmin şəxslərin yaşayış ünvanlarında aparılmış axtarışlarla iş üçün əhəmiyyət kəsb edən tütün məmulatları aşkar edilərək götürülüb.

İlkin sübutlar əsasında Fəxrəddin Ağamalıyev və Ülvi Əmirli Cinayət Məcəlləsinin 213-1.2.1 və 213-1.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan satış məqsədilə saxlama) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilib və barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Qeyd olunan qanunsuz hərəkətlərin törədilməsində iştirak etmiş digər şəxslərin dairəsinin müəyyən olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

# 2520
avatar

Oxşar yazılar

Evində narkotik yetişdirən polis işdən qovuldu

Evində narkotik yetişdirən polis işdən qovuldu

2 mart 2024 , 11:01
Şəkidə sirkə içən qadın Bakıda öldü

Şəkidə sirkə içən qadın Bakıda öldü

2 mart 2024 , 10:08
Ağsuda "Mercedes" aşdı, sürücü öldü

Ağsuda "Mercedes" aşdı, sürücü öldü

2 mart 2024 , 09:42
Azərbaycanlılar qızıl mağazasını qarət etdi

Azərbaycanlılar qızıl mağazasını qarət etdi

2 mart 2024 , 09:25
Sumqayıtda DƏHŞƏT:  Qaynını öldürüb   intihar etdi -  YENİLƏNİB

Sumqayıtda DƏHŞƏT: Qaynını öldürüb intihar etdi - YENİLƏNİB

2 mart 2024 , 08:32
Salyan sakinləri 6 kiloqram narkotiklə tutuldu

Salyan sakinləri 6 kiloqram narkotiklə tutuldu

2 mart 2024 , 08:22
Xaçmazda 34 yaşlı kişi bıçaqlandı

Xaçmazda 34 yaşlı kişi bıçaqlandı

1 mart 2024 , 23:49
Saatlıda avtomobil 8 yaşlı qızı vurub öldürdü

Saatlıda avtomobil 8 yaşlı qızı vurub öldürdü

1 mart 2024 , 17:45