Qatili  ayaq ölçüsü   ilə tapdılar
27 mart 2023 13:15 (UTC +04:00)

Qatili ayaq ölçüsü ilə tapdılar

Rusiyanın Nijni Tagil şəhər məhkəməsinin qərarı ilə Valentin Kozlov 11 il azadlıqdan məhrum edilib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, o, öz tanışının qətlində ittiham edilir.

Məlumata görə, Kozlovu uzun müddət ələ keçirmək mümkün olmayıb. Amma polis bir məqama görə onun izinə düşə bilib. Sən demə, Kozlovun geyindiyi “krossovka” 51 ölçüdə imiş. Həmin şəhərdə isə bu çox nadir haldır. Bir sözlə, “krossovka”nın izinə düşən polislər Kozlovu ələ keçirə biliblər. 
 

# 1326
avatar

Arzu Qurbanlı

Oxşar yazılar