Qaxda narkotacir tutuldu - VİDEO
19 fevral 2026 11:11 (UTC +04:00)

Qaxda narkotacir tutuldu - VİDEO

0

Qaxda külli miqdarda narkotik vasitənin dövriyyəsinin qarşısı alınıb. 

DİN mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən xəbərə görə, tədbirlərlə əvvəllər də analoji əmələ görə məhkum olunmuş 40 yaşlı Elnar Allahverdiyev saxlanılıb. Ondan 19 kiloqram marixuana və psixotrop maddə metamfetamin aşkarlanıb. 

E.Allahverdiyev narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 360

Oxşar yazılar