Qəbələdə "Çevik" ləqəbli tiktoker Məqsəd Bağırova hücum olub.
Lent.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Məlumata görə, hadisə ilə bağlı 1 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.
Qeyd edək ki, M. Bağırov bu ilin iyul ayında sosial şəbəkədə etdiyi qeyri-etik paylaşımlara görə, 10 gün müddətinə həbs olunub.