Qəbələdə QƏZA:  Ölən var
08 aprel 2024 11:47 (UTC +04:00)

Qəbələdə QƏZA: Ölən var

Qəbələdə yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Qəbələ şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, sürücü Fərəcov Əli İsmayıl oğlu idarə etdiyi “KHAZAR SD” markalı avtomobillə hərəkətdə olarkən piyada keçidi ilə yolu keçən İbrahimxəlilov Araz Əziz oğlunu vurub. Hadisə nəticədə piyada aldığı xəsarətlərdən Qəbələ RMX-da ölüb.

Faktla bağlı Qəbələ RPŞ-nin İB-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

# 1770
avatar

Arzu Qurbanlı

Oxşar yazılar