Qızlarını zorlayan  keçmiş polis   həbsxanada  intihar etdi
02 iyun 2023 19:20 (UTC +04:00)

Qızlarını zorlayan keçmiş polis həbsxanada  intihar etdi

Uzun illər qızlarını zorladığı üçün həbs edilən Elistada anadan olan şəxs “Medved” istintaq təcridxanasının kamerasında ölü tapılıb.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, 42 yaşlı kişi səhər saat 4 radələrində ölmüş vəziyyətdə tapılıb. Ehtimal olunur ki, o, intihar edib, lakin baş verənlərə son cavabı ekspertiza verəcək. 

Bundan əvvəl keçmiş polis əməkdaşının qızlarını və həyat yoldaşını dəfələrlə ələ saldığı bildirilirdi. Seksual zorakılıq həm Elistada, həm də qızların ali təhsil müəssisələrinə daxil olduqdan sonra köçdüyü Moskvada davam edib.

# 2802
avatar

Oxşar yazılar