Quba sakinlərindən  çoxlu silah   götürüldü
01 may 2023 11:46 (UTC +04:00)

Quba sakinlərindən çoxlu silah götürüldü

0

Quba sakinlərindən qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, Quba rayon Polis Şöbəsi əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatla bağlı keçirdikləri nəzarət-profilaktiki tədbirlər  nəticəsində rayon sakinlərindən qanunsuz olaraq saxladıqları müxtəlif markalı ümumilikdə 3 ədəd "Toz" markalı ov tüfəngi və onlara məxsus patronlar aşkarlanaraq götürülüb və aidiyyəti üzrə təhvil verilib.

Faktlar üzrə Quba rayon Polis Şöbəsində araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1515

Oxşar yazılar