Rayon sakinindən xəncər və qılınclar götürüldü
02 iyun 2023 10:30 (UTC +04:00)

Rayon sakinindən xəncər və qılınclar götürüldü

Tərtərdə odlu və soyuq silahlar götürülüb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, Tərtər rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbir nəticəsində rayon sakini E.Mayılov evinin zirzəmisindən tapdığı, mərhum ailə üzvünə məxsus "Walther" markalı tapançanı və 3 ədəd patronu könüllü olaraq təhvil verib.

Bundan başqa keçirilən əməliyyat tədbiri ilə rayon sakini R.Qasımovun yaşadığı ünvandan isə qanunsuz olaraq əldə edib saxladığı və hazırladığı 1 ədəd avtomata aid süngü bıçaq və 5 ədəd müxtəlif ölçülərdə xüsusi hazırlanmış xəncər və qılınclar aşkar edilərək götürülüb.

Araşdırmalar davam etdirilir.

# 1290
avatar

Oxşar yazılar