Rayonda qaçırılan qızla bağlı  YENİ XƏBƏR
13 aprel 2021 10:55 (UTC +04:00)

Rayonda qaçırılan qızla bağlı YENİ XƏBƏR

Goranboyda yeniyetmə qızın qaçırıldığı barədə məlumat yayılıb.

APA-nın yerli bürosunun məlumatına görə, valideynləri Goranlı kəndinin 14 yaşlı sakini olan qızlarının evlənmək məqsədilə qaçırılması ilə bağlı polisə müraciət ediblər.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə Regional qrupunun baş inspektoru Eşqin Qasımov APA-nın sorğusuna cavab olaraq bildirib ki, müraciət araşdırılıb və qızın öz istəyi ilə sevdiyi oğlanın evinə getdiyi müəyyənləşib.

Polis əməkdaşları yeniyetmə qız və 24 yaşlı oğlanla profilaktiki söhbət apardıqdan sonra problem həllini tapıb, yeniyetmə evlərinə qaytarılıb.

# 3555
avatar

Oxşar yazılar