"Report"un gənc əməkdaşı dəm qazından BOĞULUB ÖLDÜ
31 may 2023 16:22 (UTC +04:00)

"Report"un gənc əməkdaşı dəm qazından BOĞULUB ÖLDÜ

“Report” İnformasiya Agentliyinin kollektivinə ağır itki üz verib.

Lent.az xəbər verir ki, İnformasiya Agentliyinin montajçısı, Vətən müharibəsi veteranı Məmmədov Səbuhi Ədalət oğlu faciəvi şəkildə vəfat edib. Səbuhi Məmmədov Bakıda yaşadığı mənzildə dəm qazından boğularaq dünyasını dəyişib.

2000-ci ildə Şirvan şəhərində dünyaya gəlmiş Səbuhi Məmmədov 2020-ci ildə Azərbaycanın 44 günlük Vətən müharibəsində iştirak edib. Səbuhi Məmmədov Xocavənd rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. O, torpaqlarımızın düşməndən təmizlənməsi əməliyyatlarında göstərdiyi igidlik və şücaətlərə görə Prezident İlham Əliyevin Sərəncamına əsasən “Xocavəndin azad edilməsinə görə” medalı ilə təltif edilib.

Bundan başqa, Səbuhi Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Təşəkkürnamə” ilə təltif edilib.

“Report”da çalışdığı müddətdə daim öz çalışqanlığı, intizamı ilə seçilən Səbuhi Məmmədov kollektivimizin sevimli üzvlərindən biri idi.

Səbuhi Məmmədovun əziz xatirəsi kollektivimizin qəlbində daim yaşayacaq.

Səbuhinin doğmalarına dərin hüznlə başsağlığı verir, onlara səbir diləyirik!

Allah rəhmət eləsin!

# 1545
avatar

Oxşar yazılar

Rüşvət alan polis mayoru  saxlanıldı

Rüşvət alan polis mayoru saxlanıldı

19 aprel 2024 , 15:27
Fermer həyətindən qızıl küpəsi  tapdı

Fermer həyətindən qızıl küpəsi tapdı

19 aprel 2024 , 14:43
Bakıda evdə PARTLAYIŞ:  ölən var

Bakıda evdə PARTLAYIŞ: ölən var

19 aprel 2024 , 13:04
Bakıda yeniyetmə qız binadan yıxıldı

Bakıda yeniyetmə qız binadan yıxıldı

19 aprel 2024 , 12:02
Hamilə qadınların işə götürülməsi qaydası necədir?  – CAVAB 

Hamilə qadınların işə götürülməsi qaydası necədir? – CAVAB 

19 aprel 2024 , 11:36
Bakıda marketlərdən   oğurluq edən saxlanıldı

Bakıda marketlərdən oğurluq edən saxlanıldı

19 aprel 2024 , 10:52
Gəncədə qəzada yaralanan kişi öldü

Gəncədə qəzada yaralanan kişi öldü

19 aprel 2024 , 10:08
BDU-nun tələbəsi intihar etdi

BDU-nun tələbəsi intihar etdi

19 aprel 2024 , 09:20