Rusiyada zorla döyüşə aparılan  azərbaycanlı həlak oldu
13 fevral 2026 12:06 (UTC +04:00)

Rusiyada zorla döyüşə aparılan azərbaycanlı həlak oldu

0

Rusiya-Ukrayna müharibəsində Rusiya tərəfindən döyüşlərdə iştirak edən Gəncə sakini həlak olub.

Lent.az APA-ya istinadla bildirir ki, Gəncə şəhərində anadan olmuş, Rusiya vətəndaşı 41 yaşlı Ramin Məmmədovun təxminən 2 ay əvvəl döyüşlər zamanı öldüyü bildirilir.

Onun nəşi ötən gecə Gəncə şəhərinə gətirilib. Mərhum bu gün Gəncədə dəfn olunacaq.

Məlumata görə, o, işlədiyi müəssisədən döyüşlərə məcburi aparılıb. Onun subay olduğu, uşaqlıqdan Rusiyada yaşadığı bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 419

Oxşar yazılar