Türkiyə klubunun azərbaycanlı sahibkarı maaşları verə bilmir:  oyunçuları itirir
12 fevral 2026 18:52 (UTC +04:00)

Türkiyə klubunun azərbaycanlı sahibkarı maaşları verə bilmir: oyunçuları itirir

0

Azərbaycanlı biznesmenə məxsus Türkiyə klubu geriləməkdə davam edir.

Lent.az yerli mediaya istinadla bildirir ki, azərbaycanlı sahibkar Tufan Sadıqovun “Serikspor” klubu sonuncu dəfə səfərdə “Bodrum” klubuna 3-0 hesabı ilə uduzub. Türkiyə 1-ci Liqasında oynayan “Serikspor”un azarkeşləri klubun geriləməsi fonunda Tufan Sadıqova sərt etirazlarını bildiriblər.

Bu arada məlumata görə, Sadıqovun klubunda ciddi maliyyə çatışmazlığı var və buna görə oyunçular komandanı tərk edir. Qeyd olunur ki, klub rəhbəri öz oğlu İlya Sadıqovu hücumda oynadır. İlya Sadıqov isə klubda 17 oyun keçirməsinə baxmayaraq sadəcə qapıya 1 zərbə vura bilib.

Qeyd edək ki, son 4 həftə ərzində”Serikspor” bir qol belə vura bilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 224

Oxşar yazılar