Bakıda məktəbli virusdan öldü  - YENİLƏNİB
13 fevral 2026 11:14 (UTC +04:00)

Bakıda məktəbli virusdan öldü - YENİLƏNİB

1

Fevralın 12-də saat 6:38-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Yasamal rayonundan çağırış qeydə alınıb.

TƏBİB-dən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. 10 yaşlı azyaşlının həkiməqədər ölüm faktı qeydə alınıb.

***

10:30

Bakıda 4-cü sinif şagirdi qəfil ölüb.

Lent.az-ın xəbərinə görə, Bakı şəhəri 211 nömrəli tam orta ümumitəhsil məktəbinin 4b sinif şagirdi Elcan Məmmədov evdə dünyasını dəyişib.

Onun son günlər uşaqlar arasında yayılan virusa yoluxduğu, bu səbəbdən vəfat etdiyi ehtimal edilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 1052

Oxşar yazılar