Amerikalı aktyor Bredli Kuper və model Cici Hadid arasında baş verən intim anları paparassilər lentə alıb.
Lent.az bildirir ki, bu barədə "Daily Mail" qəzeti məlumat yayıb.
51 yaşlı aktyor və 30 yaşlı model Nyu-York küçəsində, gözləyən maşının yanında öpüşərkən çəkiliblər. Model kamera qarşısına xaki rəngli palto, mavi cins şalvar və qara loferlərdə çıxıb. Kuper qəhvəyi palto, qara toxunma papaq, boz idman şalvarı və dabanlı ayaqqabı geyinib.

2025-ci ilin sentyabr ayında Bredli Kuperin gözlənilməz bir səbəbdən Cici Hadidə evlilik təklifini təxirə salmaq qərarına gəldiyi bildirilib.
