Rusiyada yaşayan azərbaycanlıların hüquqları pozulub - RƏSMİ
02 iyul 2025 10:33 (UTC +04:00)

Rusiyada yaşayan azərbaycanlıların hüquqları pozulub - RƏSMİ

Rusiyada yaşayan soydaşlarımızın hüquqları pozulub.

Bu sözləri Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəis müavini Samirə Nəcəfzadə Azərbaycan Respublikası vətəndaşlarının Rusiya Federasiyasında işgəncəyə məruz qalması və qəsdən öldürülməsi ilə bağlı keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, Rusiyada yaşayan azərbaycanlılara işgəncələrin verilməsi həm də beynəlxalq hüququn pozulmasıdır: “Beynəlxalq müqavilələrlə işgəncələr qadağan edilib. Azərbaycan Avropa İnsan Haqları Konvensiyasının üzvü olsa da, Rusiya bu konvensiyadan çıxıb”./APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 532

Oxşar yazılar