Kürəkənini öldürməkdə  təqsirləndirilən ata və qızına ümumilikdə 37 il həbs  istənildi
29 iyul 2026 18:21 (UTC +04:00)

Kürəkənini öldürməkdə təqsirləndirilən ata və qızına ümumilikdə 37 il həbs istənildi

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Nəcəf Qafarov və Nuranə Məhərrəmovanın cinayət işi üzrə məhkəmə prosesində dövlət ittihamçısı çıxış edib.

Lent.az xəbər verir ki, dövlət ittihamçısı təqsirləndirilənlər - Nəcəf Qafarovun 20 il, Nuranə Məhərrəmovanın 17 il azadlıqdan məhrum edilməsini istəyib.

Müdafiə vəkilləri çıxış üçün vaxt istəyiblər. Növbəti proses avqustun 4-ü saat 17:30-a təyin olunub.

Xatırladaq  ki, hadisə ötən ilin aprelində baş verib. Baş Prokurorluğun yaydığı məlumata görə, 1988-ci il təvəllüdlü Ədil Məhərrəmovun paytaxtın Binəqədi rayonu ərazisində yerləşən fərdi yaşayış evində qəsdən öldürülməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Məlumatla əlaqədar, sonuncunun qaynatası Nəcəf Qafarov şübhəli şəxs qismində saxlanılıb.

İsitntaqla onun cinayəti qızı - mərhumun həyat yoldaşı Nuranə Məhərrəmova ilə birgə törətdiyi məlum olub. Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələri ilə yekun ittiham elan olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 224

Oxşar yazılar