Rüşvət alan polis mayoru  saxlanıldı
19 aprel 2024 15:27 (UTC +04:00)

Rüşvət alan polis mayoru saxlanıldı

Rusiyanın Moskva vilayətinin Balaşixa şəhərində polis əməkdaşı 2,5 milyon rubl (təxminən 45 min 250 manat) məbləğində rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, Saltıkovski idarəsinin rəis müavini vəzifəsini icra edən 39 yaşlı polis mayoru rüşvət almaqda şübhəli bilinir.

Müstəntiqlərin fikrincə, o, özbaşınalıqda şübhəli bilinən 36 yaşlı kişini cinayət məsuliyyətindən azad etdiyi üçün ondan qanunsuz pul alıb.

Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətinin məlumatına görə, saxlanılan şəxsin təqsiri təsdiq olunarsa, o, vəzifədən uzaqlaşdırılacaq, rəhbərləri isə intizam məsuliyyəti daşıyacaqlar.

# 51243
avatar

Oxşar yazılar