Rüşvət verən azərbaycanlı biznesmenlərə cinayət işi AÇILDI
14 iyun 2024 16:18 (UTC +04:00)

Rüşvət verən azərbaycanlı biznesmenlərə cinayət işi AÇILDI

Rusiyanın Krasnoyarsk diyarınin Norilsk şəhərində Federal Vergi Xidməti müfəttişliyinin şöbə rəisinin müavininə və 4 azərbaycanlıya qarşı korrupsiya faktı ilə bağlı cinayət işi açıblar.

Lent.az yerli KİV-ə istinadla xəbər verir ki, hər birinin iştirakından asılı olaraq, onlar Rusiya Cinayət Məcəlləsinin 290 (“rüşvət alma”), 291 (“rüşvət vermə”) və 291.1 (“rüşvət vermədə vasitəçilik”) maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə şübhəli bilinirlər. Məhkəmə məmuru və vasitəçini ev dustaqlığına məhkum edib, 3 rüşvət verən isə həbs edilib.

Məlumata görə, 2022-ci ilin dekabrından 2023-cü ilin mayına qədər üç ticarət obyektinin azərbaycanlı sahibi həmyerlisi olan tanışlarından vergi orqanında yaranmış problemin həllində vasitəçi olmasını istəyib. Bundan sonra kişi Federal Vergi Xidmətinin Norilskdəki rayonlararası müfəttişliyinin əməkdaşı ilə əlaqə saxlayıb. Onlar iş adamlarının büdcəyə ödəməli olduğu vergi məbləğini aşağı salmağa razılaşıblar.

Bunun üçün qadın üç sahibkarın hər birindən 150 min rubl (təxminən 2895 manat) alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3098

Oxşar yazılar

Bakıda maşın işıqfora çırpıldı

Bakıda maşın işıqfora çırpıldı

25 mart 2025 , 01:12
Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

24 mart 2025 , 18:30
Mingəçevirdə Ağdam sakininin meyiti tapıldı

Mingəçevirdə Ağdam sakininin meyiti tapıldı

24 mart 2025 , 16:13
Bakıda evlərdən oğurluq edənlər saxlanıldı

Bakıda evlərdən oğurluq edənlər saxlanıldı

24 mart 2025 , 15:51
İmamoğluna dəstək aksiyalarında saxlanılanların sayı 1000-i keçdi

İmamoğluna dəstək aksiyalarında saxlanılanların sayı 1000-i keçdi

24 mart 2025 , 15:45
Daxili İşlər Nazirliyinə rep yazan  polis işdən QOVULDU

Daxili İşlər Nazirliyinə rep yazan polis işdən QOVULDU

24 mart 2025 , 15:11
Qazaxda kişi bayram günü İTKİN DÜŞDÜ

Qazaxda kişi bayram günü İTKİN DÜŞDÜ

24 mart 2025 , 14:32
Daha ucuz yer tapan müştəri ustaya SİLAH ÇƏKDİ

Daha ucuz yer tapan müştəri ustaya SİLAH ÇƏKDİ

24 mart 2025 , 13:13