Saatlıda silsilə  oğurluq edən   Bakı sakini tutuldu
22 sentyabr 2023 16:18 (UTC +04:00)

Saatlıda silsilə oğurluq edən Bakı sakini tutuldu

Saatlıda silsilə oğurluqlar edən saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən xəbərə görə, sentyabrın 2-də gecə saatlarında rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin birinə qanunsuz daxil olaraq oradan soyğunçuluq yolu ilə 1500 manat dəyərində qızıl-zinət əşyaları, 2150 manat pul və bank kartları oğurlanıb.

Saatlı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də məhkum olunmuş və sonuncu dəfə törətdiyi oğurluq əməlinə görə axtarışda olan Vüsal Vəliyev saxlanılıb.

Dindirilmə zamanı V.Vəliyev törətdiyi oğurluq faktını etiraf edib. 

Şöbə əməkdaşları tərəfindən sonuncunun ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun törətdiyi daha bir analoji cinayət əməlinin üstü də açılıb. Belə ki, V.Vəliyevin sentyabr ayının əvvəlində Saatlı rayonu ərazisində yerləşən mağazaların birinə qanunsuz daxil olaraq oradan ümumi dəyəri 4800 manatdan artıq olan qızıl-zinət əşyaları, bəzək və telefon aksesuarları, eləcə də 110 manat pul oğurlayaraq zərərçəkmişə maddi ziyan vurduğu da məlum olub.

Faktla bağlı Saatlı RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2778
avatar

Oxşar yazılar