Salyanda avtomobil aşdı  - Ana və qızı yaralandı
15 noyabr 2026 19:23 (UTC +04:00)

Salyanda avtomobil aşdı - Ana və qızı yaralandı

0

Salyanda avtomobil yoldan çıxaraq aşıb, ana və qızı xəsarət alıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Ələt–Astara magistral yolunun Salyan rayonunun ərazisindən keçən hissəsində baş verib.

İdarəetmədən çıxan “Hyundai Avante” markalı minik avtomobili yolun kənarına aşıb.

Qəza nəticəsində avtomobildə olan Bakı şəhər sakini, 66 yaşlı Ağayeva Almagül Həsənağa qızı və Biləsuvar rayon sakini, 45 yaşlı Ağayeva Nailə Böyükağa qızı xəsarət alıblar.

Yaralılar hadisə yerinə çağırılan təcili tibbi yardım briqadasının köməyi ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Qeyd edək ki, xəsarət alan şəxslər ana və qızıdır.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 166

Oxşar yazılar