Salyanda iki "Jiquli" toqquşdu: 1 ölü, 7 yaralı var  - YENİLƏNİB 2
07 oktyabr 2025 23:20 (UTC +04:00)

Salyanda iki "Jiquli" toqquşdu: 1 ölü, 7 yaralı var - YENİLƏNİB 2

0

Salyanda baş vermiş qəzada sürücülərdən biri ölüb.

Lent.az xəbər verir ki, Salyanda baş verən qəzada xəsarət alaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilən sürücülərdən biri Salyan sakini, 1990-cı il təvəllüdlü Məmmədov Səbuhi Şakir oğlu  reanimasiya şöbəsinə ölüb. (APA)

***

17:58

Salyan rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə oktyabrın 7-də saat 15:10-da 8 nəfər (4 qadın, 4 kişi) Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Lent.az-a TƏBİB-dən bildirilib.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri müvafiq şöbələrdə davam etdirilən pasiyentlərdən 2-nin vəziyyəti ağır, 6-sının vəziyyəti isə stabil qiymətləndirilir.

***
15:43

Salyanda minik avtombillərinin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.

Lent.az APA-ya istinadla bildirir ki, hadisə Salyan rayonunun Kürsəngi kəndi ərazisində qeydə alınıb.

"VAZ-2107" markalı avtombillərin toqquşması nəticəsində üçü azyaşlı olmaqla, 6 nəfər xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdirlib.

Faktla bağlı araşdrma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1064

Oxşar yazılar