Evin yaxınlığında əkilməməsi lazım olan dörd "aqressiv" bitki
07 oktyabr 2025 18:25 (UTC +04:00)

Evin yaxınlığında əkilməməsi lazım olan dörd "aqressiv" bitki

0

Əmlak üzrə mütəxəssis xəbərdarlıq edib ki, bəzi məşhur bitkiləri evin yaxınlığında ək­mək ciddi zərərə səbəb ola bilər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, daşınmaz əmlak eksperti Kevin Barzegarin sözlərinə əsasən, bəzi bitkilər “səssiz şəkildə” evin quruluşunu dağıda bilər.

Onların kökləri və budaqları hasarları, kərpic divarları, su borularını və bünövrəni zədələyir. “Bəzən bu bitkilərə görə evin qiyməti minlərlə dollar azalır. İlk baxışda bağ üçün cazibədar görünən bir bitki sonradan bahalı təmirə və alıcıların uzaq durmasına gətirib çıxarır”, - o bildirib.

1. İngilis sarmaşığı (English ivy)

Sarmaşıq gözəl görünə bilər, amma əslində “ən təhlükəli zərərvericilərdən biridir”. Onun kökləri divarlardakı xırda çatlara daxil olaraq böyüyür və kərpic hörgüsünü dağıdır.

Bu bitkini təmizləmək çətin və vaxt aparan işdir, lakin Barzegarin sözlərinə görə, bunu nə qədər tez etsəniz, bir o qədər yaxşıdır.
Əvəzində sarmaşıq əvəzinə qızılgül sarmaşığı və ya klematis kimi daha təhlükəsiz dekorativ bitkilər əkilməsi tövsiyə olunur.

2. Bambuk

Bambuk bir çoxlarına estetik və rahat görünür, amma onun kök sistemi son dərəcə aqressivdir. Kök­lər torpağın altında üfüqi şəkildə sürətlə yayılır və səkiləri, hasarları, hətta bünövrəni belə zədələyə bilər.

Ekspert qeyd edib: “Bambukun köklərinin bir neçə metr uzaqlığa qədər yayıldığını öz gözlərimlə görmüşəm. Onlar daş döşəmələri qaldırır, su borularına və tikiliyə çat çatdırır”.

Bambuk artıq kök atdıqdan sonra onu nəzarətdə saxlamaq çox çətindir, çünki kiçik bir kök fraqmenti belə yenidən cücərə bilir. Ona görə də onu mümkün qədər tezliklə sahədən təmizləmək lazımdır.

3. Yapon dağotu (Japanese knotweed)

Bu invaziv (yəni sürətlə yayılan) bitki ev sahiblərinin qorxulu yuxusudur. Kredit təşkilatları belə bitkilə yoluxmuş əmlakı çox zaman “riskli” hesab edir.
Barzegarin sözlərinə görə, “Yapon dağotu olan evin satılması demək olar ki, mümkünsüzdür. Mən belə hallar görmüşəm - satışlar pozulub, evin dəyəri kəskin azalıb”.

Bu bitkidən xilas olmaq illərlə vaxt aparır və bahalı prosesdir.

4. Söyüdlər (Willow trees)

Söyüdləri evin yaxınlığında əkmək də məsləhət deyil. Onların kökləri su mənbələrinə doğru aktiv şəkildə yayılır və kanalizasiya, borular, bünövrə kimi strukturlara zərər vurur.

Ekspert bildirib ki, “söyüdün kökləri ağacın öz hündürlüyündən üç dəfə uzağa yayıla bilər, məsələn, 10 metrlik ağacın kökləri 30 metr məsafəyə qədər gedə bilir”.

Ona görə də söyüdləri binalardan azı 40 metr aralı əkmək, yaxud  Yapon ağcaqayını kimi daha kiçik və təhlükəsiz ağac növlərini seçmək məsləhətdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 498

Oxşar yazılar