“Samsung Galaxy M17 5G” nin xüsusiyyətləri açıqlandı
07 oktyabr 2025 21:57 (UTC +04:00)

“Samsung Galaxy M17 5G”nin xüsusiyyətləri açıqlandı

0

Cənubi Koreyanın texnoloji nəhəngi Samsungun çoxdan gözlənilən sərfəli smartfonu “Galaxy M17 5G” ilə bağlı bütün təfərrüatlar açıqlanıb.

Lent.az xəbər verir ki, telefon Oktyabrın 10-da keçiriləcək tədbirdə rəsmi olaraq təqdim ediləcək.

Məlumata görə, “Samsung Galaxy M17 5G” “Exynos 1330” prosessoru və 8 GB RAM ilə təchiz ediləcək.

Cəmi 7,5 mm qalınlığında olan telefon suya və toza davamlılıq üçün IP54 sertifikatına malikdir.

Ekran “Corning Gorilla Glass Victus” şüşəsi ilə qorunacaq və həmçinin “Google”un süni intellektlə işləyən “Circle to Search” funksiyasını dəstəkləyəcək.

Telefonun arxa tərəfində 50MP əsas kamera, 5MP ultra geniş kamera və 2MP makro kameradan ibarət üçlü kamera qurğusu olacaq.

Ön tərəfdə, 13 meqapiksellik selfi kamerası yerləşdiriləcək.

Telefonun ekran ölçüsü, akkumulyatoru, ən əsası isə qiyməti haqqında məlumat hələ ki, açıqlanmayıb. Bu detalların Oktyabrın 10-da rəsmi təqdimat mərasimində açıqlanması gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 259

Oxşar yazılar