Samuxda 10 nəfər zəhərləndi,  7-si azyaşlıdır -  YENİLƏNİB
15 iyul 2026 17:49 (UTC +04:00)

Samuxda 10 nəfər zəhərləndi, 7-si azyaşlıdır - YENİLƏNİB

0

İyulun 15-də saat 15:30-dən etibarən 7-si azyaşlı olmaqla 10 nəfər (4 kişi, 6 qadın) zəhərlənmə şübhəsi ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Lent.az-a TƏBİB-dən bildirilib.

"Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir və vəziyyətləri orta ağır qiymətləndirilir", - məlumatda deyilir.

***

17:16

Samuxda zəhərlənmə hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb.

15-dən artıq şəxsin qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirildiyi bildirilir.(APA)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 416

Oxşar yazılar