Samuxda bədbəxt hadisə baş verib.
Lent.az APA-ya istinadla bildirir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, 16 yaşlı V.Hacıyev yaşadığı evin vanna otağında çimən zaman dəm qazından boğularaq ölüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.