Şəmkirdə 24 yaşlı gənci  qatar vuraraq öldürdü - YENİLƏNİB
08 sentyabr 2026 09:40 (UTC +04:00)

Şəmkirdə 24 yaşlı gənci qatar vuraraq öldürdü - YENİLƏNİB

0

Bu gün gecə saat 2 radələrində Zəyəm-Dəllər sahəsində 135 km/saat sürətlə hərəkətdə olan Tbilisi-Bakı qatarının qarşısına qəflətən bir nəfər kişi çıxıb.

Azərbaycan Dəmir Yolları QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev Lent.az-a bildirib ki, maşinist tərəfindən təcilli tormozlama aparılsa da, məsafə az olduğundan toqquşma hadisəsi qaçılmaz olub və həmin şəxs həyatını itirib.

ADY bir daha vətəndaşları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən istifadə etməklə keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır.

Nəzərə almaq lazımdır ki, yol həmişə qatarındır. Təəssüf ki, sürücü və piyadaların diqqətsizliyi, ani tələskənliyi, qaydalara laqeyd münasibət bəzən arzuolunmaz hallara səbəb olur.

***
08:57

Şəmkirdə gənc oğlanı qatar vurub.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Böyük Kəsik-Gürcüstan dəmir yolu xəttinin rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayonun Sabirkənd kənd sakini, 2002-ci il təvəllüdlü R. Vəliyevi dəmir yolu xəttini keçərkən qatar vurub.

Gənc aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 444

Oxşar yazılar